Elmar Məmmədyarov: Azərbaycan hökumətinin əsas prioritetləri arasında trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır –  FOTObackend

Elmar Məmmədyarov: Azərbaycan hökumətinin əsas prioritetləri arasında trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az -ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “ATƏT məkanında iqtisadi bağlılığın təşviq edilməsi” tədbirində çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan hökumətinin prioritet sahələrindən biri tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən səmərəli ticarət qaydalarını təqdim etmək, idxal, ixrac və tranzit sərhəd prosedurlarının səmərələşdirilməsi də daxil olmaqla nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir: \”Ticarətin asanlaşdırılmasında elektron imza prinsipinə əsaslanan elektron bəyannamə sistemi kimi informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət ayrılır\”.

Nazir xüsusilə qeyd edib ki, yeni Bakı Limanı ətrafında Azad Ticarət Zonasının yaradılması vasitəsilə ticarət-logistika sektorunda xarici şirkətlər üçün əlverişli və azad sərmayə rejiminin təmin edilməsi üzrə səylər göstərilir. Məqsəd Azərbaycanın çoxsaylı ticarət yolları üzrə Avropa və Asiya arasında ticarəti asanlaşdıracaq regional ticarət-logistika mərkəzi kimi cəlbediciliyinin artırılmasıdır.

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu dövlətlər və ATƏT-ə üzv olan digər maraqlı dövlətlər ilə əməkdaşlıqda regional, trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır: \”Artan bağlılığa töhfə verən layihələr arasında ilkin mərhələdə 6-7 milyon ton, daha sonra isə ildə 17 milyon ton yükgötürmə qabiliyyəti olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu var. BTQ Yeni İpək Yolu adlanan və trans-Avropa və trans-Asiya dəmir yol şəbəkələrini birləşdirəcək, eləcə də Avropa və Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək yeni yaranmış qitələrarası dəhlizin əsas seqmentidir\”.

Elmar Məmmədyarov: Azərbaycan hökumətinin əsas prioritetləri arasında trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır -  FOTO
Elmar Məmmədyarov: Azərbaycan hökumətinin əsas prioritetləri arasında trans-regional və çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafı yer alır -  FOTO

Interpress.az