Bakıda məktəbli avtobusu qəzaya uğradı: 2 şagird, 2 valideyn ağır yaralandıbackend

Bakıda məktəbli avtobusu qəzaya uğradı: 2 şagird, 2 valideyn ağır yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, 217 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

Interpress.az