Zahid Oruc: Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidirbackend

Zahid Oruc: Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın xəbərinə görə, bununla bağlı təklifini parlamentin plenar iclasında dilə gətirən millət vəkili bildirib ki, xüsusilə Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməli, asanlaşdırılmalıdır:

“Biz artıq Sovet dövründə yaşamırıq. O zamanlar xüsusilə Bakı şəhərində qeydiyyat məsələsi çox ağır idi. Ona görə indi bu məsələdə yüngülləşdirici addımlar atılmalıdır. Konkret olaraq, qanunvericiliyə, Mənzil Məcəlləsinə ciddi yeniliklər, dəyişikliklər edilməlidir. Məsələn, qeydiyyat məsələsi vətəndaşın yaşayış yeri üzrə aparılmalıdır.

Yəni onun yaşadığı mənzili dərhal onun adına sənədləşdirməmək də olar. Əsas odur ki, qeydiyyat proseduru sadələşdirilsin, sonra digər addımlar atılsın. Həmçinin yeni tikilən binlarda idman zalları açılar. Kimlərsə əzəl yığacaq deyə, orada yeni mənzillərdə yaşayanların bu gedişlə əzələlələri “sıradan” çıxacaq”.

Interpress.az