Dövlət Təhlükəsizlik Xidmətindən   Xəbərdarlıqbackend

Dövlət Təhlükəsizlik Xidmətindən Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) vətəndaşlara müraciət edib.

Bu barədə Interpress.az-a DTX-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir:

Azərbaycanda terrorçularla bağlı mühüm qərar
\”Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin etimad telefon nömrəsi (+99412) 405 99 99 və 1656 qaynar xətti vətəndaşların (müraciət edənlərin xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin edilir) məlumat vermələri, yaxud çatdırmaları üçün birbaşa əlaqə vasitəsidir.

Vətəndaşlar qanunvericiliklə təhqiqatı və ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə aid edilmiş hazırlanan, törədlilən və ya törədilmiş cinayətlər, eləcə də bu cinayətləri hazırlayan, törədən, yaxud törətmiş şəxs (şəxslər) barədə, milli təhlükəsizliyə təhdid yaradan hadisələr və ya hərəkətlər, həmçinin bununla bağlı digər məsələlər barədə DTX-ya məlumat verə bilərlər.

Azərbaycan Respublikasının və onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin, terror aktlarının, eləcə də digər mümkün təhdidlərin aşkarlanmasının və qarşısının alınmasına kömək edə biləcək bütün məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) üçün əhəmiyyət kəsb edir

Etimad telefon nömrəsinin (+99412) 405 99 99 və 1656 qaynar xəttinin növbətçiləri həftənin 7 günü 24 saat ərzində məlumat qəbul edirlər\”.

Interpress.az

DİQQƏT!!!

Vətəndaşlar xəbərdar olunurlar ki, terrorçuluq və digər cinayətlər barədə bilə-bilə yalan məlumat verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ünvanı və əlaqə xətləri:

AZ1006, Bakı şəhəri, Parlament prospekti 14.

Telefon: (+99412) 405 99 99

Faks: (+99412) 405 92 22

Qaynar xətt: 1656 (bölgələrin sabit telefon şəbəkələri üçün (012) 1656)

E-poçt: [email protected]

Read more: https://sputnik.az/life/20181207/418283524/dovlet-tehlukesizlik-xidmeti-vetendaslara-muraciet-edir.html
Read more: https://sputnik.az/life/20181207/418283524/dovlet-tehlukesizlik-xidmeti-vetendaslara-muraciet-edir.html