Dövlət Gömrük Komitəsindən   Rəsmi Açıqlamabackend

Dövlət Gömrük Komitəsindən Rəsmi Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində yayılan məlumatlara aydınlıq gətirib.

Dövlət Gömrük Komitəsi bildirir ki, Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.

Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir.

Interpress.az