Fransada orta məktəb şagirdləri həbs edildi  – VİDEObackend

Fransada orta məktəb şagirdləri həbs edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Emmanuel Makron və hökumətinin siyasətinə etiraz etmək üçün Fransada keçirilən etiraz nümayişlərində 700-dən çox məktəb şagirdi saxlanılıb.

Məktəblilər bazar ertəsindən bu yana ölkənin bir sıra şəhərlərində aksiyalar keçirirlər. Şagird həmkarlar ittifaqları isə aksiyaların daha da genişlənəcəyini bildirmişdi. Çərşənbə günü baş verən nümayişlərdə 32 şagird saxlanılıb.

Sosial şəbəkədə yayılan bir video isə kəsin reaksiyalara səbəb olub. Polis saxlanılan məktəb şagirdlərini divara dirəyib yan-yana düzüb. Bəzilərinə isə diz çökdürüb əllərini başlarına qoymağı əmr edib.

Interpress.az