Bakı sakinini döyərək 138 manatını alan keçmiş məhkumlara hökm oxunubbackend

Bakı sakinini döyərək 138 manatını alan keçmiş məhkumlara hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Saleh Muradov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Muradov 9 il və R.Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum edilmiş S.Muradov və R.Qurbanovun olduğu müəyyən edilib. Daha sonra həmin şəxslər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Interpress.az