Ərdoğan ukraynalı dənizçilərin sərbəst buraxılması barədə xahişi Putinə çatdırıbbackend

Ərdoğan ukraynalı dənizçilərin sərbəst buraxılması barədə xahişi Putinə çatdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.

“Kerç boğazındakı hadisədən sonra mən əvvəlcə Rusiya Prezidenti Vladimir Putin, sonra isə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə telefonla danışdım. Dənizçilərin azad edilməsi ilə bağlı xahişi Putinə çatdırdım”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

O bildirib ki, təklifinin müsbət qarşılanacağına ümid edir: “Bildiyimə görə hazırda araşdırma aparılır. Bundan sonra qərar qəbul ediləcək. Belə məsələlərdə biz yalnız xahiş edə bilərik, bundan uzağa getməyəcəyik”.

Bildirilib ki, Ukrayna Prezidenti Argetintinada keçirilən “Böyük-20”liyin toplantısında Rəcəb Tayyib Ərdoğandan bu hadisəni qaldırmağı istəmişdi.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Interpress.az