Fransada AXC-nin 100 illiyinə həsr edilmiş film nümayiş olunacaqbackend

Fransada AXC-nin 100 illiyinə həsr edilmiş film nümayiş olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-– a MM-dən daxil olan məlumata görə, millət vəkilləri Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəklər.

Toplantı Avropa Parlamentinin plenar sessiyası çərçivəsində keçiriləcək. Tədbir zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş AXC tarixindən bəhs edən film və Azərbaycana həsr olunmuş foto-sərgi nümayiş olunacaq.

Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev həmçinin Fransa Senatında və Milli Assambleyada Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcək.

Görüşdə qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunacaq. Fransanın Kolmar şəhərinin fəxri səfiri olan Cavanşir Feyziyev bu şəhərin meri ilə də görüşəcək. Görüşdə Şəki ilə Kolmar arasında əməkdaşlıq barədə imzalanmış protokola əsasən, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Avronest Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova isə səfər müddətində qurumun Strasburqda keçiriləcək Büro iclasında iştirak edəcək. Yığıncaqda Avronest PA-nın 2019-cu il üçün tədbirlər planı, təşkilati və bir sıra texniki məsələlərə baxılacaq.

Səfər dekabrın 15-də başa çatacaq.

Interpress.az