Nazirlər Kabineti ofşor zonaları ilə bağlı siyahıdan iki yerin adını çıxarıbbackend

Nazirlər Kabineti ofşor zonaları ilə bağlı siyahıdan iki yerin adını çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Nauru və ABŞ Virgin adalarının adları “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.

Dəyişiklikdən sonrakı siyahı belədir:

1. Anqila.

2. Antiqua və Barbuda.

3. Aruba.

4. Baham adaları.

5. Beliz.

6. Kuk adaları.

7. Qrenada.

8. Maldiv adaları.

9. Antill (Niderland).

10. Panama.

11. Samoa.

12. Sent-Kits və Nevis.

13. Seyşel.

14. Turk və Kaykos.

15. Vanuatu.

Interpress.az