Bakının bir hissəsi niyə qazsız qalıb? – SƏBƏBbackend

Bakının bir hissəsi niyə qazsız qalıb? – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda Dadaş Bünyadzadə küçəsində təbii qazın verilişində məhdudiyyət yoxdur

“Həmin ərazidə dünən qaz olmayıb. Buna səbəb də ərazidə yolun genişləndirilməsi işləri aparılır. Bizim qurum tərəfindən qaz xəttinin yeri dəyişdirilib, buna görə də dünən orada təbii qazın verilməsində qısa müddətli fasilə olub”.

İbrahim Kərbəlayev qeyd edib ki, təbii qazın təzyiqlə bağlı hansısa binada və fərdi yaşayış evində problem varsa, vətəndaşlar qaynar xəttimizə müraciət etsinlər:

“Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib, tənzimləmə işləri aparılacaq”.

Interpress.az