“Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib -FOTObackend

“Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər Fondundan Interpress.az-a verilən məlumata görə, festival çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllük hərəkatlarının stendləri quraşdırılıb və onların fəaliyyəti ziyarətçilərə nümayiş olunub. Həmçinin, tədbir keçirilən məkanda gənclər üçün 70 şirkətin iştirak etdiyi xüsusi əmək yarmarkası təşkil edilib.

Tədbirin rəsmi hissəsinin açılışında çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlayaraq gənclərimizin könüllük fəaliyyəti istiqamətində beynəlxalq arenada əldə etdiyi uğurlar və dövlət tərəfindən, xüsusi ilə də cənab Prezident İlham Əliyevin gənclərə olan qayğı və diqqətindən söhbət açıb.

Rəsmi hissədə çıxış edən Gənclərin Dünya Assambleyası Beynəlxalq təşkilatının baş katibi Ediola Pashollari Beynəlxalq Könüllülər Gününün tarixi barədə məlumat verib.

Daha sonra Rusiya Federasiyasının Milli Gənclər Şurasının sədri Qriqoriy Petuşkov çıxış edərək gənclərə öz tövsiyyələrini vermiş və onları Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edib. Tədbirin gedişatında ASAN Könüllülər, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Formula-1 Könüllüləri və Bir Könüllülərin rəhbərləri çıxış edərək, təmsil etdikləri hərəkatların uğur və fəaliyyəti barədə məlumat veriblər. Azərbaycan Respublikası Gənclər Fondunun “Gənc Könüllü” proqramının təqdimatı nümayiş olunub.

Rəsmi hissədən sonra “Tələbə və Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, Könüllülük hərəkatının inkişafı sahəsində real uğur nümunələri”, “İnklyuziv könüllülük Könüllülüyü ictimaiyyətə necə açıq etmək olar” və “Könüllülük sahəsində Beynəlxalq təcrübə və standartlar” mövzularında beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə paralel panel sessiyaları keçirilib.

Bakı Konqres Mərkəzinin foyesində oyun zonası, əyləncə və intellektual zonalar yaradılıb, gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib, fərqlənən gənclər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Panel müzakirələrdə fəal iştirak edən və təşkilatlar tərəfindən namizədliyi irəli sürülmüş könüllülər sertifikatlarla təltif ediliblər.

Festivalın davamı olaraq, il boyu fəallıq göstərmiş 100 gəncin iştirakı ilə iki günlük “Azərbaycan Könüllülərin Qış Düşərgəsi” keçiriləcək.

Interpress.az