Fransada “sarı jiletlilər”in üsyanı başlayıb – FOTObackend

Fransada “sarı jiletlilər”in üsyanı başlayıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyasına müdaxilə ediblər.

Hökumət etirazların qarşısını almaq üçün ciddi hazırlığa başlayıb.

Etirazçılar Parisin simvolları olan Şans-Elize küçəsində toplaşmağa başlayıb.

Aksiya iştirakçıları “Qələbə”, “Ulduz” meydanları və Yelisey çölü istiqamətində hərəkət etməyə çalışırlar.

Makronun prezident sarayı önündə də etiraz aksiyası keçirməsi planlaşdırdığı bildirilir. Buna görə ölkədə 90 min polis əməkdaşı hazırlıq vəziyyətinə gətirilib. Parisdə doqquz min polis küçələrdə zirehli maşınlarla növbə çəkir.

Dörd həftədir davam edən “sarı jiletlilərin” etirazları əvvəlcə yanacağın qiymətinin qaldırılmasına qarşı idisə, sonradan hökumətə qarşı ümumxalq etirazına çevrilib. Etirazlar zamanı üç nəfər ölüb, 1043 nəfər yaralanıb.

Bu gün, aksiyalardan əvvəl 317 nəfər saxlanılıb, ümumilikdə isə dörd həftə ərzində 1424 nəfər həbs edilib. Saxlanılan 317 nəfərin üzərində çəkic və daşlar aşkarlanıb.

Etirazçılar Yelisey çöllərində “Makron istefa ver” şüarlarını səsləndiriblər. Fransalı məmurlar ölkədəki vəziyyətlə bağlı, onlar bir müddət əvvəl baş verən zorakılıq hadisələrinin təkrarlanmasından – mağazaların qarət olunması, pəncərələrin sındırılması, avtomobillərdən atəş açılmasından narahatdırlar.

Baş verən hadisələr Parisin mədəni həyatına da təsir edir.

Parisdə Eyfel qülləsi etiraz aksiyaları səbəbindən bağlanacaq. Fransa paytaxtında 30-a yaxın metro stansiyası, bir çox küçələr və yollar hərəkət üçün bağlanıb.

Noyabrın 17-də başlayan “Sarı jiletlərin” hərəkətləri son illər ərzində ölkədə baş verən ən geniş etiraz aksiyalarıdır.

Hər şey noyabr ayının ortalarında hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başlayıb. Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib.

Fransada “sarı jiletlilər”in üsyanı başlayıb - FOTO

Interpress.az