Qızına qarşı iyrənc hərəkət edən atanın məhkəməsi başlayırbackend

Qızına qarşı iyrənc hərəkət edən atanın məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Nuşirəvan Hacıyev barəsindəki cinayət işinin istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

N.Hacıyeva Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunub. Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır. Ata N.Hacıyev qızı Z-yə qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunur..

Cinayət işinin məhkəmə istintaqı hakim Azər Paşayevin sədrliyi ilə araşdırılacaq.

Interpress.az