Interpress.az bildirir ki, bu haqda Fransa Daxili İşlər Nazirliyi yanında dövlət katibi Loran Nunyes məlumat verib.
Parisdə polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Cavab olaraq, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə atıblar.
Səhər saatlarından təkcə Parisdə 480 nəfərin saxlanıldığı bildirilir.
Hazırda iğtişaşlar davam edir, şəhərdə partlayış səsləri eşidilir.
Interpress.az