Səbaildə reyd – köşkün satıcısı barəsində protokol tərtib olunubbackend

Səbaildə reyd – köşkün satıcısı barəsində protokol tərtib olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən Interpress.az-a verilən məlumata görə, dekabrın 4-də Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Səbail Rayon Polis idarəsin əməkdaşları ilə birgə rayon ərazisində reyd keçiriblər.

Bu zaman 1 köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib. Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Interpress.az