MASALLIDA BAŞ VERƏN PARTLAYIŞDA YARALANAN MƏKTƏBLİLƏRDƏN BİRİ ÖLDÜbackend

MASALLIDA BAŞ VERƏN PARTLAYIŞDA YARALANAN MƏKTƏBLİLƏRDƏN BİRİ ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Interpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında baş verən partlayış nəticəsində bir ailənin iki üzvü – Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və onların yaxın qohumu Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar: “Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra yaralıların hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq bədən səthinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu dünyasını dəyişib. 2010–cu il təvəllüdlü Müseyibov Məhəmməd və 2006-cı il təvəllüdlü Kərimov Sənan bədən səthinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir. Vəziyyətləri ağırdır”.

Qeyd edək ki, hadisə dekabrın 8-də axşam saat 20:30 radələrində rayonun Sığıncaq kəndində Müseyibov Əbülfəz Ədalət oğluna məxsus fərdi yaşayış evində baş verib.

Hadisə nəticəsində evin birinci mərtəbəsi yararsız hala düşüb. Əraziyə cəlb olunan Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən partlayışdan sonra baş verən yanğının qarşısı alınıb.

Partlayışc qaz sızmasından sonra baş verib.

Interpress.az