Bakı metrosunda qadının halı pisləşdibackend

Bakı metrosunda qadının halı pisləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın əldə etdiyi məlumata görə, o, platformada huşunu itirərək yerə yıxılıb.

Təxminən 30-35 yaşlarında olan qadın 15 dəqiqəyə yaxın huşsuz vəziyyətdə qalıb.

Hadisə ilə bağlı “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə dünən saat 19:25-də metronun “Xalqlar Dostluğu” stansiyasında qeydə alınıb:

“Sərnişinlərdən birinin halı pisləşib. Hadisə zamanı xanımın yanında olan şəxs onun epilepsiya xəstəsi olduğunu deyib. Metropoliten işçiləri ilkin yardım göstəriblər, daha sonra təcili yardım briqadası çağırılıb. Xanım özünə gəlib. Rahat vəziyyətdə öz yoluna davam edib”.

Interpress.az