Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı ahıska türkləri ilə görüşüb (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Anar Rəsulov və Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Rəhim Rəhimzadə bu ölkədə yaşayan ahıska türkləri ilə görüşüb.

Dərc edilib: 10 dekabr 2018 [14:00]
Baxış sayı: 4439


Komitədən Interpress.az -a verilən məlumata görə, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Tbilisi şəhərindəki ofisində baş tutan görüşdə birliyin Gürcüstan təmsilçisi İsmayıl Əhmədov təşkilatın fəaliyyəti barədə geniş məlumat verib.

Daha sonra qonaqlar DİDK və səfirliyin nümayəndəsi İsmayıl Əhmədovun müşayiəti ilə Ahıska türklərinin kompakt yaşadığı Ahalsıx şəhərinə yola düşüb. Burada əvvəlcə Samsxe-Cavaxetiya Dövlət Üniversitetində təhsil alan, Azərbaycan vətəndaşı olan, ahıskalı tələbələrlə görüş keçirilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə buradakı tələbə yataqxanasına, Dövlət Komitəsi adından, ərzaq yardımı paylanılıb. Daha sonra qonaqlar ahıskalı tələbələri maraqlandıran məsələləri müzakirə edib, suallarını cavablandırıblar.

Tələbələrə problemlərinin həlli ilə bağlı mümkün dəstəyin göstəriləcəyi bildirilib.

Daha sonra nümayəndə heyəti şəhərin Tavarni qəsəbəsində yaşayan, Azərbaycan vətəndaşı olan, ahıska türkləri ilə görüş keçirilib. Görüşdə Dünya Ahıska Türkləri Birliyinin dəstəyi ilə son illər ərzində tarixi vətənləri Axalsıxa köç edən ahıskalı ziyalılar və gənclər iştirak edib. Görüşdə ahıskalılar icmasının problemləri, qayğıları, onları narahat edən məsələlər müzakirə olunub.

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı ahıska türkləri ilə görüşüb (FOTO)

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı ahıska türkləri ilə görüşüb (FOTO)

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı ahıska türkləri ilə görüşüb (FOTO)




Interpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 76