Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurubbackend

Balakəndə yolu keçmək istəyən iki qadını avtomobil vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə günorta saatlarında Balakən şəhər ərazisində baş verib.

Balakən rayon sakini idarəetdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar, rayonun Qaravəli kənd sakinləri – 2000-ci il təvəllüdlü Əfsanə Ziyaviddin qızı Qurbanova və Fatimə Ramazan qızı Rəsulovanı vurub. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ə.Qurbanovaya qapalı kəllə-beyn travması və beyin silkələnməsi dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində, F.Rəsulovanın müalicəsi isə Cərrahiyyə şöbəsində aparılır.

Ə.Qurbanova və F.Rəsulovanın yaxın qohum, gəlin-baldız olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Interpress.az (report)