Paşinyana AĞIR ZƏRBƏ: Ermənistan tarixində ilk dəfə…backend

Paşinyana AĞIR ZƏRBƏ: Ermənistan tarixində ilk dəfə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçkilərə erməni seçicilərin 50 faizindən azı qatılıb.

“İravunk” qəzeti yazır ki, seçkilərə cəmi 48,63 faiz seçici qatılıb: “Bu, Ermənistanın seçki tarixində ən aşağı göstəricidir. “Məxməri inqilab”dan sonra Nikol Paşinyana ciddi zərbə aldı. Çünki ən azı seçicilərin yarısı onun parlamentini dəstəkləmir. Bu o deməkdir ki, yeni hakimiyyətin tənqidləri çox olacaq. Paşinyan “məxməri inqilab”ın nəticələrini bərkitmək üçün müxtəlif yollara əl ata bilər. Dünən günorta 14:00-a olan seçici fəallığının göstəricisi isə kədərli idi: 24,53 faiz. Paşinyan xahiş etdi ki, “hava tutqundur, lakin evdə qalmayın, gedin səs verin”. Lakin seçicilərin yarısından çoxu bu çağırışa səs vermədi və onların evdə qalmasına səbəb heç də tutqun hava deyildi”.

Qəzet qeyd edir ki, heç bir rayon və şəhərdə seçici fəallığı 50 faizi keçmədi.

“Gümrüdə cəmi 39,22 faiz, Vanadzorda 46,66 faiz seçici seçkiyə gəldi. İrəvanın da heç bir rayonunda seçicilərin 50 faizdən çoxu seçki məntəqələrinə gəlmədi. Hərçənd, “Mənim addımım” bloku 550 min dollarlıq seçki kampaniyası keçirmişdi. Bütün bunlar “məxməri inqilab”ın ümumxalq istəyi olmadığını sübut etdi”, – deyə qəzet yazır.

Respublika Partiyasının sədr müavini Armen Aşotyan Feysbuk səhifəsində bildirdi ki, “seçicilərin laqeydliyi və xalqın məyusluğu Nikol Paşinyanın şıltaqlığının nəticəsi idi”.

Interpress.az