Azərbaycanda 21 yaşlı tələbə qızı dərs prosesi zamanı qaçırdılar? – AÇIQLAMAbackend

Azərbaycanda 21 yaşlı tələbə qızı dərs prosesi zamanı qaçırdılar? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, A24.az-a daxil olan məlumata görə, universitetin riyaziyyat fakültəsinin 4-cü kurs tələbəsi 1997-ci il təvəllüdlü Esmira Quliyeva (ad, soyad şərtidir) dərs prosesi zamanı sinifi tərk edib və həmin günü universitetə qayıtmayıb. Məlumatda bildirilir ki, E.Quliyeva dərsdə olan zaman naməlum şəxslər tərəfindən koridora çağırılıb. Müəllimdən icazə alaraq bayıra çıxan tələbə qız onu çağıran şəxslər tərəfindən qaçırılıb.

Məsələ ilə bağlı A24.az-a açıqlama verən SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib ki, sözügedən hadisə bir neçə gün əvvəl olub: “Hadisə dərs prosesi zamanı baş verməyib. Universitetdən və dərs saatlarından kənarda baş verib. Xanım naməlum şəxslər tərəfindən deyil, öz sevdiyi oğlanla ailə həyatı qurmaq üçün qaçıb. Hazırda onların rəsmi nikahı da baş tutub. Yəqin ki, yaxın günlərdə toy mərasimləri də baş tutacaq”.

Qeyd edək ki, bundan əlavə Azərbaycanda daha bir tələbə təhsil müəssisəsinə gedib və itkin düşüb. Belə ki, Quba rayonunun Vladimirovka kənd sakini, 2001-ci il təvəllüdlü Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə getmiş, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.

Interpress.az