Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıbbackend

Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən Interpress.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin (RPİ) 29-cu polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Toyota” markalı avtomobildən 3000 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adəm Bağırov saxlanılıb.

Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ-nin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində “Great wall” markalı avtomobildən 1500 manat və içərisində sənəd olan çanta oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Anar Axundov saxlanılıb. Onun digər analoji əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. A.Axundovun daha 2 avtomobildən pul, mobil telefon, sənəd, bəzək əşyaları və parfümeriya oğurlaması müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Interpress.az