Ərdoğan: “İnsan hüquqlarından danışanlar Fransadakı hadisələrə münasibətdə lal, kar və kor oldular”backend

Ərdoğan: “İnsan hüquqlarından danışanlar Fransadakı hadisələrə münasibətdə lal, kar və kor oldular”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında 10 dekabr – Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən “İnsanlığın mədəniyyəti” və “İnsanlığa ümid: Türkiyə” adlı tədbirdə bildirib.

“Gəzi hadisələrində dünyanı ayağa qaldırırdınız. İndi də eyni işi görün. Etmədilər, hadisələri yayımlamadılar. Çünki səmimi və dürüts deyillər\” – deyə Rəcəb Tayib Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyənin demokratiyasına, azadlığına ağız büzənlər bu gün özləri imtahanla üz-üzədir: “Artıq Türkiyəyə kimsə demokratiya dərsi keçə bilməz. Avropaya deyiləcək söz odur ki, mədəniyyət maskası altında gizlətdiyiniz iç üzünüz artıq aşkara çıxıb. Atalar yaxşı deyib: “Bal iylənməz, yağ iylənər, onun da əsli ayrandır”.

Interpress.az