ABŞ-da polisin sürücünü güllələməsi kameraya düşdü – VİDEObackend

ABŞ-da polisin sürücünü güllələməsi kameraya düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, insidentin görüntüsü “Liveleak” videoportalında yayımlanıb.

Öldürülən şəxsin Yuta ştatının sakini, 41 yaşlı Ceyms N.Robertson olduğu müəyyən edilib.

Polis idarəsinin yaydığı rəsmi bəyanata əsasən, yol hərəkəti qaydalarını pozan həmin şəxs polisin “dayan” əmrinə məhəl qoymayıb. Qısa sürən təqibdən sonra onun idarə etdiyi boz pikap yanacaqdoldurma məntəqəsi yaxınlığında polis avtomobili ilə toqquşub.

Avtomobildən enib aradan çıxmağa çalışsa da, polis əməkdaşları ona silah tuşlayıb. Sürücü üzərində olan bıçaqla polisə yaxınlaşmaq istəyərkən, zabitlərdən biri tapançadan atəş açaraq, sürücünü ölümcül yaralayıb.

Şübhəlinin təcili tibbi yardım gələnə qədər keçindiyi bildirilir.

Interpress.az