Sumqayıt yollarında GTA: Xeyli avtomobil zədələndi – VİDEObackend

Sumqayıt yollarında GTA: Xeyli avtomobil zədələndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Rahim N.Aliyev adlı istifadəçi paylaşım edib.

Paylaşılan videoda avtomobilin ard-arda bir neçə nəqliyyat vasitəsinə çırpılması görünür.

Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev deyib ki, sözügedən videogörüntülər əsasında araşdırma aparılır:

“Sumqayıt şəhərinin girəcəyində hərəkətdə olan minik avtomobili başqa bir avtomobilə toxunub və saxlamadan hərəkətinə davam edib. Digər zərərçəkmiş avtomobilin sürücüsü həmin avtomobili saxlatmaq üçün ardınca gedib və digər işıqfor obyektinə yaxınlaşan zaman iki başqa avtomobilə çırpılıb.

Ümumilikdə, hadisə zamanı dörd maşına maddi ziyan dəyib. Faktla bağlı videogörüntülər əsasında araşdırma aparılır. Yekun nəticələr əldə edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək”.

Interpress.az