Fransa polisindən əlil gəncə qarşı qeyri-insani rəftar – VİDEObackend

Fransa polisindən əlil gəncə qarşı qeyri-insani rəftar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Bessan ərazisindəki etirazlarda bir qrup polis fiziki qüsurlu şəxsi əlil arabasından yerə ataraq onu təhqir ediblər.
Belə ki, etirazçıların həmin an olduqca sakit və vəziyyətin nəzarət altında olmasına baxmayaraq, polislər əlil arabasındakı etirazçını mühasirəyə alaraq digərlərindən kənarlaşdırıblar və onunla kobud davranmağa, arabasını itələməyə başlayıblar. Bundan qəzəblənən fiziki qüsurlu fransalı polislərdən uzaqlaşmağa çalışsa da, ona yenə imkan verməyiblər. Daha sonra digər aksiya iştirakçıları sakit formada ona kömək etmək istəyiblər. Lakin bu zaman polis əməkdaşları yenə təhqiredici hərəkətlərdən əl çəkməyib və qarşıdurma yaşanıb. Nəticədə, polislər əlil arabasını aşırdaraq fiziki qüsurlu fransalını yerə atıblar. Hətta onu vuraraq xəsarət yetiriblər.

İnternetdə yayılan görüntülərdə Fransa polisinin davranışı fransızlar da daxil olmaqla, hər kəsin ciddi qınağına səbəb olub. Polis bu davranışını guya əlilin cibində silah olmasından şübhələnməsilə əlaqələndirsə də, məlum olur ki, fiziki qüsurlu şəxsin üzərində heç bir silah olmayıb.

Interpress.az
https://youtube.com/watch?v=yd5KaVzIBew