Marsa səfər insanları qocaldacaqbackend

Marsa səfər insanları qocaldacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bu haqda “RİA Novosti” Mosvkada keçirilən Aviakosmik və Ekoloji Tibb adlı konfransın hesabatına istinadən məlumat yayıb.

“Marsa uzun sürən (üç ilə qədər) uçuş zamanı və uçuşdan sonra maksimum günəş aktivliyi şəraitində müxtəlif qalınlıqlı radiasiyadan qoruyan alüminium “sığınacaqda” olan kosmonavtların üzləşəcəyi ümumi radiasiya riski hesablanıb.

Sadə şar formalı kosmik aparat və onun içində olan insan bədənini imitasiya edən fantom model əsasında aparılan hesablamalara görə, Marsa iki il müddətli uçuş və geri dönüş zamanı hər bir ekspedisiya üzvü üçün radiasiya riski yaşdan asılı olmayaraq 7,5 faiz təşkil edəcək. Bu isə kosmonavtların ömrünün orta hesabla 2,5 il qısalmasına yol açacaq”, – deyə sənəddə bildirilir.

Interpress.az