Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı – SƏRƏNCAMbackend

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Vaqif Firudin oğlu Əsədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

Prezident İlham Əliyev Ceyhun Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ceyhun Mustafa oğlu Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.