Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyilbackend

Nazirlik: Sürüşmə zonasından sakinlərin köçürülməsi gündəmdə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Interpress.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.

Onun sözlərinə görə, tərtib olunan qrafikə uyğun olaraq iş aparılır:

“Tədqiqat işlərinin nəticəsi olaraq sürüşmə zonası ilə bağlı layihə tərtib olunacaq və Nazirlər Kabinetinə göndəriləcək. Hələlik ərazidə vəziyyət tam stabildir”.

Təyyar Hüseynli qeyd edib ki, sürüşmə zonasındakı aparılan tədqiqat işləri 4-5 ay vaxt aparacaq:

“Kiminsə köçürülməsi məsələsi ortaya qoyulmayıb. Sürüşmə sahəsində yuxarı hissədə yerləşən fərdi təsərrüfatların bəzilərində yaşayış var və onlara həmin evlərdə müvəqqəti olaraq yaşamamaq məsləhət görülüb.

Interpress.az