Əməkhaqqının yüksək olduğu sahələr açıqlandı – SİYAHIbackend

Əməkhaqqının yüksək olduğu sahələr açıqlandı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 540 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% şoxdur.

2018-ci il noyabrın 1-i vəziyyətinə ölkədə 1 552,8 min nəfər muzdlu işçi var, onlardan 884,7 min nəfəri dövlət sektorunda, 668,1 min nəfəri isə qeyri-dövlət sektorunda işləyir.

Muzdla işləyənlərin 21,4%-i təhsil, 18,6%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 13,4%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7%-i dövlət idarəetməsi müdafiə və sosial təminat, 4,6 -i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11%-i isə iqtisadiyyatın digər sahələrində çalışıblar.

Interpress.az