ABŞ-dan Rusiyanı dəli EDƏCƏK İSRAİL TƏKLİFİ: Avropa…backend

ABŞ-dan Rusiyanı dəli EDƏCƏK İSRAİL TƏKLİFİ: Avropa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ABŞ-ın energetika nazirinin köməkçisi Frensis Fennon deyib.

Interpress.az xəbər verir ki, Avropanın enerji təhlükəsizliyi və Rusiyanın \”Şimal axını-2” layihəsinə qarşı mübarizənin müzakirə edildiyi toplantıda danışan F.Fennon Avropanın Rusiya qazı yerinə İsrail qazından istifadə edə biləcəyini bildirib: \”Avropaya səfərim əsnasında Şərqi Aralıq dənizinə getdim. Hazırda İsrailin təbii qazını Misir və İordaniyaya daşıyan boru xətti işləməyə başlayıb. Bu qaz potensial olaraq Avropaya nəql oluna bilər”.

Fennon \”Şimal Axını-2”nin Avropanın təhlükəsizliyinə təhdid olduğunu dilə gətirib. Buna görə də bütün ölkələri bu layihədən çıxmağa səsləyib. O bildirib ki, \”Şimal Axını-2” layihəsi Rusiyanın Avropaya təzyiq göstərməsi üçün bəhanədir.

Interpress.az