backend

Pambıq qəbulu məntəqələrinə 223 min ton məhsul təhvil verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, pambıq qəbulu məntəqələrinə 222 748 ton məhsul təhvil verilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9 min ton çoxdur.

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 815 hektar), İmişli (13 645 hektar), Sabirabad (13 055 hektar), Biləsuvar (12 000 hektar), Ağcabədi (10 000 hektar), Bərdə (9 630 hektar) və Beyləqan (9 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli sərəncamı ilə təsdiqlənmiş “Pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, dövlət tərəfindən pambığın hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.