Bu gün hansı dövlət əmlakları özəlləşdirildi? – FOTObackend

Bu gün hansı dövlət əmlakları özəlləşdirildi? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitədən Interpress.az-a verilən məlumata görə, bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən biri Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsində yerləşir. Yardımçı təsərrüfat obyektinin ümumi faydalı sahəsi 200 kv.m-dir. Dövlət əmlakının geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi investorun kənd təsərrüfatı üzrə fəaliyyətində əlavə imkanlar yarada bilər. Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsindəki mağazanın isə ümumi faydalı sahəsi 34.8 kv.m-dir.

Paytaxt üzrə özəlləşdirilən qeyri-yaşayış sahələri Sabunçu və Binəqədi rayonlarında yerləşir. Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsindəki obyektin ümumi faydalı sahəsi 287.9 kv.m-dir. Bu qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs onu xidmət və ya ofis obyekti kimi istifadə edə bilər. Biləcəri qəsəbəsində yerləşən obyektin isə ümumi faydalı sahəsi 35.5 kv.m-dir.

Hərracda vətəndaş marağına səbəb olan nəqliyyat vasitələrinin buraxılış tarixi 2005-2007-ci illərdir. Rəqabətli mühitdə özəlləşdirilən \”Kia Optima\” markalı avtomobil üçün qalib iştirakçı son qiymət olaraq 4 min 400 manat təklif edib. Digər rəqabət yaradan nəqliyyat vasitələri isə \”Daewoo Nexia\” və \”Mitsubishi\” markalarına aiddir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac dekabrın 18-i keçiriləcək. Prosesə ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir.

Bu gün hansı dövlət əmlakları özəlləşdirildi? - FOTO

Bu gün hansı dövlət əmlakları özəlləşdirildi? - FOTO

Interpress.az