Səbaildə təhlükəli tapıntı – FOTObackend

Səbaildə təhlükəli tapıntı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Interpress.az -a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Səbail Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Bakı şəhərinin Səbail rayonunun 2-ci bağlar döngəsində partlamamış hərbi sursatın tapılması barədə daxil olan məlumat əsasında həmin əraziyə baxış keçiriblər.

Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən iki ədəd əl qumbarası (F-1 və DM-41) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Səbaildə təhlükəli tapıntı - FOTO

Səbaildə təhlükəli tapıntı - FOTO

Səbaildə təhlükəli tapıntı - FOTO

Interpress.az