Çempionlar Liqasında gecənin bütün oyunları – VİDEObackend

Çempionlar Liqasında gecənin bütün oyunları – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, son turun nəticələrinə əsasən, “Borusiya” “Atletiko”nun xal itirməsindən yararlanaraq qrup liderliyini ələ keçirib.

“Totenhem” Kataloniyada xal itirsə də, “İnter”in gözlənilmədən öz meydanında PSV-ni yenə bilməməsindən istifadə edərək adını “pley-off”a yazdırıb.

Son turadək qrup lideri olan “Napoli” isə “Liverpul”a uduzaraq Avroliqaya yollanan növbəti İtaliya klubu olub.

“Qalatasaray” isə uduzsa da, Moskva “Lokomotiv”inin Qelzenkirxen səfərindən üç xalsız qayıtması sayəsində avrokuboklarda mübarizəsini davam etdirəcək. Ancaq bu dəfə Avroliqada.

“Brüqe” (Belçika) – “Atletiko” (İspaniya) 0:0

“Monako” (Fransa) – “Borusiya” (Dortmund, Almaniya) 0:2

“Barselona” (İspaniya) – “Totenhem” (İngiltərə) 1:1

“İnter” (İtaliya) – PSV (Hollandiya) 1:1

“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) 1:0

“Srvena Zvezda” (Serbiya) – PSJ (Fransa) 1:4

“Qalatasaray” (Türkiyə) – “Portu” (Portuqaliya) 2:3

Şalke” (Almaniya) – “Lokomotiv” (Rusiya) 1:0

Interpress.az