Tanınmış italyan məşqçi millimizə gətirilə bilərbackend

Tanınmış italyan məşqçi millimizə gətirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az İtaliya mətbuatına istinadən xəbər verir ki, AFFA Albaniya millisinin sabiq baş məşqçisi italyan Canni de Byazi ilə danışıqlar aparır.

Lakin tam adı Covanni olan italiyalı baş məşqçini ölkəsində də baş məşqçi qismində görmək istəyənlər var. Belə ki, “Bolonya” klubu İtaliya A Seriyasında autsayderlər sırasında qərarlaşdığından, hazırkı baş məşqçisi Filippo İnzaqi ilə vidalaşıb yerinə onu gətirmək istəyir.

De Byazi isə bu iki variantdan biri üzərində düşünməyə çalışacaq. Son bilgilərə görə, de Byazi ilə əlaqə “Neftçi”nin baş məşqçisi Roberto Bordin və AFFA-da İtaliya futbolu ilə əlaqəsi olan rəhbər şəxslərdən biri vasitəsilə aparılır.

Qeyd edək ki, Canni de Byazi 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb. O, albanları tarixində ilk dəfə olaraq 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatına çıxarıb. Ötən ilin iyunun 14-də isə Albaniya Futbol Federasiyasının prezidenti ilə birgə mətbuat konfransı keçirərək yığma postundan ayrıldığını ictimaiyyətə çatdırıb.

Interpress.az