Azərbaycan Premyer Liqasında turun oyunçusu və rəmzi komandası müəyyənləşibbackend

Azərbaycan Premyer Liqasında turun oyunçusu və rəmzi komandası müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, \”11-lik\”də \”Qarabağ\”dan 7, \”Qəbələ\”, \”Neftçi\”, \”Keşlə və \”Səbail\”dən isə hərəyə 1 futbolçu yer alıb.

Turun oyunçusu isə \”Qarabağ\”dan Dani Kintana seçilib. Yarımmüdafiəçi XIV turda \”Zirə\”ni 6:0 hesabı ilə məğlub etdikləri matçda \”het-trik\” edib.

Qapıçı: Emil Balayev (“Səbail”) – 2

Müdafiəçilər: Donald Gerrye (“Qarabağ”), Yakub Jezniçak (“Qarabağ”) – 4, Denis Silva (“Keşlə”) – 3, Ömər Buludov (“Neftçi”) – 2

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) – 4, Filip Ozobiç (“Qarabağ”) – 5, Simeon Slavçev (“Qarabağ”) – 3, Dani Kintana (“Qarabağ”) – 2

Hücumçular: Mahir Mədətov (“Qarabağ”) – 4, Rauf Əliyev (“Qəbələ”).

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. Turun oyunçusu və rəmzi komanda \”InStat”ın təhlilinə əsasən müəyyənləşdirilir.

Interpress.az