İndoneziya səfiri: “Qarabağ və Ermənistanın işğal etdiyi 7 rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur”backend

İndoneziya səfiri: “Qarabağ və Ermənistanın işğal etdiyi 7 rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirib.

\”Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, – deyə o vurğulayıb.

İndoneziyanın Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu deyən səfir bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini diqqətə çatdırıb.

Interpress.az