RUSİYA  Rusiya Gürcüstanı hədələdibackend

RUSİYA Rusiya Gürcüstanı hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Baş katibi Yens Stoltenberq və ABŞ Dövlət katibi Mayk Pompeonun bir müddət öncə Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyən açıqlamaları provokasiyadır.

Bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

“Belə məsuliyyətsiz bəyanatlar 2008-ci ilin avqustunda Tiflisi cinayətkar hərbi avantüraya vadar etdi. Burada əsas narahatlıq yaradan məqam ABŞ və NATO-nun Gürcüstan ərazisində hərbi fəaliyyətidir. Gürcüstan tərəfini yad maraqların öncülü olmaq yerinə qonşularıyla münasibətləri yoluna qoymağa cəhd etməyə çağırırıq”, – deyə o bildirib.

Interpress.az (axar.az)