Biləsuvarda avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlanıbbackend

Biləsuvarda avtomobildən 8 kiloqramdan çox tiryək aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az DİN-in mətbuat xidmətindən istinadən məlumatına görə, dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində “Ford-transit” markalı avtomobil saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.