Paşinyanın Qarabağda kadr dəyişikliyibackend

Paşinyanın Qarabağda kadr dəyişikliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda öz mənbələrinə istinadən “Qraparak” qəzeti yazıb.

Nəşrin yazdığına görə, “Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı Levon Mnasakanyan vəzifəsindən azad edilib. İddiaya görə, onun yerinə “Baş qərargah müdiri” Karen Abraamyan təyin ediləcək.

Qəzetin məlumatına görə, həmçinin “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan və separatçı qurumun rəhbəri Bako Saakyanın müşaviri Arşavir Qaramyan vəzifəsindən çıxarılacaq.

Bu şəxslərin Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın qəzəbinə düçar olduğu bildirilir. Məsələ burasındadır ki, adıçəkilən şəxslər Nikol Paşinyanın yaxın adamlarından olan Sasun Mikayelyanın “aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlamasını sərt tənqid ediblər.

Qəzetin bir başqa məlumatına görə, Qarabağ separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyan Moskvadadır. İstisna edilmir ki, İrəvandakı hakimiyyəti onu məhz Bako Saakyanın varisi görür. Artünyan özünü Ermənistanın yeni hakimiyyət barəsində “düzgün” aparıb.

“Dağlıq Qarabağ müdafiə ordusu”nun “mətbuat katibi” Senor Asratyan “Sputnik”ə bildirib ki, o belə informasiyaya malik deyil.

“Əgər belə bir şey olacaqsa, onda rəsmi bəyanat olacaq”, – Asratyan deyib.

Interpress.Az (Publika.Az)