Fizuli Məmmədov: «Məgər şəhid anaları bizim analarımız deyil?! Mən 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram!»backend

Fizuli Məmmədov: «Məgər şəhid anaları bizim analarımız deyil?! Mən 100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram!»

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çox məyusedicidir ki, şəhid ailələrinin problemləri yenidən azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Oktyabrın ortalarından bəri təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Azərbaycan Prezident Administrasiyası binalarının qarşısında aksiya keçirirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş ailə üzvlərinə düşən təzminatların ödənilməməsindən şikayət edirlər. Xatırladıram ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991 ci ildən 2 avqust 1997 ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında fərman imzalamışdır. Birdəfəlik ödəmələrin verilməsinə 9 oktyabrdan başlanmışdır. Buna baxmayaraq, bir çox şəhid ailələrinə ödəmələrdən imtina edilmişdir.
​Mən hesab edirəm ki, əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır. Axı onların oğulları bizim ümumi Vətənimiz Azərbaycanı müdafiə edərkən həlak olublar. Ona görə də biz hamımız bu qadınlar qarşısında borcluyuq.
​Mən hesab edirəm ki, biznes nümayəndələri vətənpərvərlik nümayiş etdirməli və şəhid ailələrinin problemlərinin həllində fəal iştirak etməlidirlər. Bunun üçün Azərbaycan hökuməti şəhid ailələrinə təzminatların ödənilməsi problemini həll etmək məqsədilə imkanlı azərbaycanlı iş adamlarını cəlb etmək üçün sərəncam verməlidir.
​Şəxsən mən bu problemin həllində ən fəal şəkildə iştirak etməyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə övladlarını itirmiş 100 şəhid anasına 11 min manatdan ödəmə etməyə hazıram. Hər bir şəhid anası mənim üçün doğma anam və bacımdır və onlara maddi kömək göstərməyə hazıram.
​Azərbaycanın əsl vətənpərvərlərinə, ilk növbədə imkanlı iş adamlarına müraciət edirəm ki, məni nümunə götürsünlər və digər şəhid ailələrinə də kömək etsinlər. O zaman bu problem çox tez həllini tapacaq. Qarabağ müharibəsi – yalnız şəhid ailələrinin ağrısı deyil, bütün azərbaycan xalqının dərdidir və biz hamımız bu yaranı sağaltmalıyıq.

Dərin hörmətlə,
Fizuli Məmmədov

«Ümumdünya Azərbaycan Mədəniyyət Fondu» nun və «Dünya Azərbaycanlıları İttifaqı» nın Prezidenti

Interpress.Az