Nazir: Son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılırbackend

Nazir: Son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, tədbiri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açıb.

O qeyd edib ki, ölkədə iqtisadiyyatın innovativ inkişafı üçün ciddi addımlar atılır.

\”Ölkədə texnoparklar, biznes inkubatorlar yaradılır. Təcrübə göstərir ki, innovativ layihələrin böyük əksəriyyəti məhz informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır\”,- nazir bildirib.

R.Quluzadənin sözlərinə görə, son zamanlar dünyada blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır: \”Bu gün blokçeyn texnologiyaları təkcə rəqəmsal pul vahidləri kimi deyil, həmçinin sistem reyesterlərində, elektron imza kimi sahələrdə də istifadə edilir. Hesab edirik ki, bu texnologiyalar ölkəmizdə də geniş şəkildə tətbiq olunmalıdır\”.

Interpress.Az