Yeni türk helikopteri təqdim olundu – VİDEObackend

Yeni türk helikopteri təqdim olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Türkiyənin müdafiə sənayesi sammitində dövlət başçısı Rəcəb Tayyip Ərdoğan açıqlama verib.

T-625 ən alçaq coğrafi yüksəkliklərdə və əlverişsiz şəraitdə yüksək manevrlilik imkanı olan altı ton çəkili, iki mühərrikli helikopterdir.

Helikopter ən müasir texnologiyalarla, o cümlədən idarəetmənin yüksək səmərəliliyi və keyfiyyətini təmin edən dörd oxlu ikiqat ehtiyat və avtomatik idarəetmə sistemi ilə təchiz olunub.

Helikopter iki ekipaj üzvü və ən çox 12 sərnişin üçün nəzərdə tutulub. Geniş salondan müxtəlif istismar məqsədlərinin təmin olunması üçün (məs, VIP-nəqliyyat, təcili yardım, xilasetmə-axtarış əməliyyatları və s.) istifadə etmək olar.

Çoxtəyinatlı T625 helikopterinin transmissiyası, rotor sistemi, şassisi və avtopilot sistemi Türkiyənin “Turkish Aerospace İndustries” şirkəti tərəfindən istehsal olunub.

Interpress.Az (Oxu.Az)