Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya birgə komissiyasının XV iclası keçirilibbackend

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya birgə komissiyasının XV iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İclas “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan sazişə əsasən baş tutub.

İclasda sazişin icra olunması, Samurçay baş hidroqovşağının istismarı, sudan istifadə məlumatlarının qarşılıqlı mübadiləsi, hidroqovşaqdan ekoloji su buraxmalarına riayət edilməsi və su bölgüsü ilə bağlı digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Meliorasiya və Su Təsərrüfatının sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən birgə görüşdə Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, sazişə əsasən komissiyanın iclası ildə iki dəfə Azərbaycan və Rusiyada ərazisində keçirilir.

Interpress.Az (Report)