Sumqayıt Texnologiyalar Parkı Danimarkaya müxtəlif növ alüminium profillər ixrac edibbackend

Sumqayıt Texnologiyalar Parkı Danimarkaya müxtəlif növ alüminium profillər ixrac edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ilin noyabrında Danirmarkanın özəl şirkəti ilə 110 tonluq alüminium profil satışı ilə bağlı müqavilə bağlanıb. Sifarişçi şirkətin istəyinə uyğun qəliblər hazırlayaraq istehsala başlayan müəssisə sifarişi tamamlayıb və məhsullar müştəriyə yola salınıb.

2014-ci ildə istismara verilən STP-nin Alüminium Zavodu fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminum məhsulları istehsal olunur. İstifadə olunan xammal alüminium əritmə və pəstahlama sahəsində emal edilir. Zavodda alüminium profillərin istehsalı ilə yanaşı toz boya, alüminium əritmə və pəstahlama, mis əritmə sahələri fəaliyyət göstərir. Sobaların illik məhsuldarlığı 30000 ton, toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Məhsulların istehsalında əsasən Gəncə istehsalı olan yerli xammaldan istifadə edilir. Bu həm məhsulun ucuz başa gəlməsinə, həm də Azərbaycan iqtisadiyyatında əlaqəli sahələrin inkişafına səbəb olur.

Interpress.Az (Trend)