AMB rəsmisi: “Rəqəmsal ödənişlərin stimullaşdırılması ilə bağlı böyük layihələrə başlanıb”backend

AMB rəsmisi: “Rəqəmsal ödənişlərin stimullaşdırılması ilə bağlı böyük layihələrə başlanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən \”Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri\” mövzusunda beynəlxalq konfransda Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov deyib. Onun sözlərinə görə, artıq bir neçə qurum blokçeyn texnologiyalarının üzərində işləyir.

“Mərkəzi Bank da blokçeyn texnologiyaları ilə bağlı inkişaf trendlərini daim izləyir və bu sahədə öz töhfəsini verməyə çalışır. “Telekommunikasiya və informasiya texnologiyalarının inkişaf üzrə strateji yol xəritəsinə uyğun olaraq Mərkəzi Bank qarşısında nağdsız ödənişlərinin genişləndirilməsi, ümumiyyətlə ödəniş ekosisteminin daha da təkmilləşdirilməsi istiqamətində müəyyən hədəflər qoyulub. Bu hədəflərin optimal reallaşdırılması məqsədilə Mərkəzi Bank müvafiq layihə, “Nağdsız Azərbaycan” layihəsi həyata keçirib və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə 2018-2020-ci illəri əhatə edən dövlət proqramı təsdiqlənib. Bunları əsas götürərək Mərkəzi Bank da bank sferası və kredit təşkilatları tərəfindən göstərilən elektron xidmətlərin daim inkişaf etdirilməsi, rəqəmsal ödənişlərin stimullaşdırılması ilə bağlı böyük layihələrə başlayıb. Bu layihələrdən biri də məhz blokçeyn texnologiyasına əsaslanan rəqəmsal identifikasiya sistemidir. Bildiyimiz kimi, blokçeyn texnologiyası paylanmış reyester texnologiyasıdır və burada müəyyən blokların yerləşdirilməsi təmin edilir. Bu bloklarda əməliyyatlar saxlanılır. Burada halqa şəklində bir-biri ilə əlaqələnmə deyil, ulduzvarı əlaqələnmə nəticəsində hər bir tərəfdən eyni anda eyni məlumatların təhlükəsizlik qaydalarına uyğun saxlanılması əsas aspektdir. Təbii ki, burada bir neçə üstünlük var. Yəni, vahid nöqtədən asılılıq azalır, həmin vahid nöqtənin sıradan çıxması nəticəsində ümumiyyətlə ekosistemin dayanması riski yoxdur. Bundan başqa, məlumatın təhrif olunması hallarının qarşısı alınır. Mərkəzi Bankın tətbiqi etdiyi blokçeyn məhsullarında daha çox “ağıllı müqavilə”lərdən istifadə olunacaq, ağıllı müqavilələr artıq strukturlaşmamış biznes proseslərin vahid siyasət əsasında avtomatik qaydada reallaşmasını təmin edəcək. Bununla da daha şəffaf, təhlükəsiz, izlənilən və operativ əməliyyatların həyata keçirilməsi təmin olunacaq”, – deyə F.Osmanov vurğulayıb.

Interpress.Az