PREZİDENTİN İŞDƏN ÇIXARDIĞI İCRA BAŞÇISI KİMDİR? – DOSYEbackend

PREZİDENTİN İŞDƏN ÇIXARDIĞI İCRA BAŞÇISI KİMDİR? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub.

İlk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.

Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Prezidentin 13 dekabr 2018-ci il tarixli Sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.

Qeyd edək ki, R.Məmmədov mətbuatda adı daha çox mənfi yazılarda hallanan icra başçılarından biri olub.

Xatırladaq ki, bir müddət əvvəl Razim Məmmədovun yaxın qohumu Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədov rüşvət almaqda təqsirləndirilərək həbs olunub.

Interpress.Az (A24.Az)