AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşübbackend

AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az Agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki,növbəti belə tədbir 13 dekabrda Gəncədə keçirilib. Sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib. Bundan əlavə, sahibkarlara qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu üçün səyyar xidmət göstərilib. 140 sahibkarın iştirak etdiyi tədbirdə qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış 27 sahibkarlıq subyektinə dövlət reyestrindən çıxarış verilib.

Tədbirdə bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılacaq və onlarla sıx əməkdaşlıq ediləcək. Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və istehsalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Interpress.Az